Главная > Dünya > Ukraynada eks-prezident Yanukoviçə qarşı daha bir cinayət işi açılıb
Ukraynada eks-prezident Yanukoviçə qarşı daha bir cinayət işi açılıb19-05-2022, 22:52. Разместил: admin |
Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçə qarşı daha bir cinayət işi açılıb. Bu dəfə o, “sərhəddən qeyri-qanuni keçidin təşkil edilməsi”ndə ittiham edilir. Ukrayna Baş Prokurorluğunun təqdim etdiyi materiallara görə, 2014-cü il fevralın 23-də Viktor Yanukoviç Donetsk vilayətinin hüdudarında olarkən dövlət sərhədini qanunsuz olaraq keçib. Müvafiq olaraq onun barəsində daha bir cinayət işi qaldırılıb. “Yanukoviç üç Rusiya helikopterinin köməyi ilə qanunsuz olaraq sərhədi keçib və azı 20 nəfəri hava ilə Rusiyanın Krasnodar diyarının Anapa şəhərinə çatdırıb”, – deyə Ukrayna hüquq-mühafizə orqanlarının məlumatında bildirilib. Baş Prokurorluğun açıqlamasına görə, məhkəmə artıq Ukraynanın keçmiş liderinin növbəti həbsinə icazə verib. Hazırda Yanukoviç Rusiyadadır. Qeyd edək ki, 2019-cu ildə Kiyevin Obolon rayon məhkəməsi sabiq prezident Viktor Yanukoviçin 13 il müddətinə azadlıqdan məhrum edilməsi haqqında qərar çıxarıb. O, dövlətə xəyanətdə ittiham olunub. Вернуться назад |