Главная > Dünya / Manset > Çin Rusiyaya texnologiya ixracını kəskin şəkildə azaldıb
Çin Rusiyaya texnologiya ixracını kəskin şəkildə azaldıb19-05-2022, 13:21. Разместил: admin |
Çin ABŞ hökumətinin tətbiq etdiyi sanksiyalardan sonra Rusiya Federasiyasına texnologiya ixracını iki dəfə azaldıb. ABŞ-ın ticarət naziri Cina Raymondo bildirib ki, Pekin ticarət qadağalarını pozmaqdan ehtiyat edir. Belə ki, martda Çindən Rusiyaya notbukların tədarük həcmi əvvəlki ayla müqayisədə 40%, smartfonların ixracı isə 65% azalıb. Bundan əlavə, Çindən telekommunikasiya şəbəkəsi avadanlıqlarının ixracı 98% azalıb. İndiyədək Pekin Rusiyaya Qərbin sanksiyalarından yan keçməklə kömək etmək niyyətini nə rəsmən inkar edib, nə də təsdiqləyib. Öz növbəsində ABŞ Çin şirkətlərinə texnologiya satışı ilə bağlı məhdudiyyətlər qoya bilər. Çinin dövlət neft emalı zavodları xammalın emalı üçün Rusiya ilə yeni müqavilələrdən yayınır. Bununla belə, onlar mövcud müqavilələr üzrə şərtləri yerinə yetirməyə hazırdırlar. Martın 17-də Ukrayna Milli Bankı (UMB) Çinin “China UnionPay” və “UnionPay International” ödəniş sistemlərinə Rusiya ödəniş bazarından çıxmaq çağırışı ilə müraciət edib. Xüsusilə UMB həm Rusiya Federasiyası ərazisində, həm də ondan kənarda Rusiyadan olan banklar tərəfindən verilmiş “China UnionPay” və “UnionPay International” ödəniş kartları ilə bütün əməliyyatlara xidməti dayandırmağa çağırıb. Öz növbəsində ABŞ Çini böyük sanksiyalar və ixraca nəzarətlə hədələyib. Vaşinqtonda Çin Xalq Azadlıq Ordusunun Rusiya Silahlı Qüvvələrinə dəstək verdiyinə dair işartıları müşahidə etdiklərini vurğulayıblar. Eyni zamanda Kiyev Pekinə təhlükəsizliyin təminatçılarından biri kimi çıxış etməyi təklif edib. Вернуться назад |