Главная > Dünya / Manset > Yaponiyadan ölkəyə gələn ukraynalı qaçqınlara dəstək

Yaponiyadan ölkəyə gələn ukraynalı qaçqınlara dəstək


18-05-2022, 14:20. Разместил: admin
Yaponiyanın Sosial Müdafiə Nazirliyi bu həftədən etibarən Tokio və Osakada Ukraynadan olan qaçqınlar üçün ixtisaslaşdırılmış məşğulluq xidmətləri təklif edəcək.

Bu barədə “Azadsəs.az” “Japan Today”ə istinadən xəbər verir.

Məlumata görə, Yaponiyaya gələn ukraynalılar iş axtarışı və yaşayış icazəsi almaq üçün tələblər üzrə pulsuz məsləhətlərdən yararlana biləcəklər.

Xidmətlər dövlət məşğulluq idarələri tərəfindən təmin ediləcək. Xidmətlər bu iki böyük şəhərdən kənarda yaşayanlar üçün də açıq olacaq. “Hello Work” sistemi çərçivəsində xaricilər üçün məşğulluq mərkəzləri cümə axşamından etibarən dəstək verəcək. Onlar həmçinin ukraynalı miqrantları qəbul etmək istəyən yerli şirkətlərin və bələdiyyələrin müraciətlərini də qəbul edəcəklər.
Вернуться назад