Главная > Dünya > Reznikov “Azovstal” müdafiəçilərinə sağ qalmağı əmr etdi

Reznikov “Azovstal” müdafiəçilərinə sağ qalmağı əmr etdi


18-05-2022, 11:43. Разместил: admin
“Donetsk vilayətinin Mariupol şəhərinin müdafiəçilərinə canlarını xilas etmək əmri verilib”.

Bunu Ukrayna müdafiə naziri Aleksey Reznikov deyib.

“Bu gün çox mürəkkəb və mühüm proseslər gedir, o cümlədən Qırmızı Xaç təşkilatının köməyi ilə danışıqlar aparılır. Nəticədə bu, son dərəcə ağır vəziyyətdə olan yaralıların təxliyyəsidir. Bizim planımız onları xilas etməkdir, sonra isə azadlıq haqqında düşünmək olar”, – deyə nazir bildirib.

O qeyd edib ki, 20 minə qədər rus işğalçısından ibarət qrupların saxlanılması və onların Zaporojyeyə, daha sonra Donbassa buraxılmaması, o cümlədən qoşunların Kiyevdən uzaqlaşdırılması əmri yerinə yetirilib, buna görə də şəhərin bütün müdafiəçiləri qəhrəmandırlar.

“Onların indi yeni əmri var - canlarını xilas etmək. Ukraynanın onlara ehtiyacı var. Əsas olan odur”, – deyə müdafiə idarəsinin rəisi vurğulayıb.

Xatırladaq ki, mayın 16-da blokadaya alınmış “Azovstal” zavodundan Mariupol müdafiəçilərinin təxliyəsi başlayıb. Prezident Volodimir Zelenski axşam müraciətində hərbçilərin “Azovstal”dan xilas edildiyini açıqlayıb.
Вернуться назад