Главная > Dünya / Manset > Finlandiya parlamenti NATO-ya üzvlüklə bağlı təklifə səs verdi
Finlandiya parlamenti NATO-ya üzvlüklə bağlı təklifə səs verdi17-05-2022, 18:20. Разместил: admin |
Finlandiya parlamenti ölkənin NATO-ya üzv olması ilə bağlı təklifə səs verib. “Azadsəs.az” xarici mediaya istinadən xəbər verir ki, 200 millət vəkilinin 188-i təklifin lehinə səs verib. Bildirilir ki, səsvermənin keçirilməsinə səbəb “Sol qüvvələrin ittifaqı”nın deputatı Markus Mustayarvinin NATO-ya qoşulmaqdan imtina ilə bağlı cavab təklifi irəli sürməsi olub. Sözügedən təklif millət vəkillərinin əksəriyyəti tərəfindən rədd edilib. Вернуться назад |