Главная > Dünya > İsveçin XİN rəhbəri NATO-ya üzvlüklə bağlı müraciəti imzaladı
İsveçin XİN rəhbəri NATO-ya üzvlüklə bağlı müraciəti imzaladı17-05-2022, 17:00. Разместил: admin |
İsveçin xarici işlər naziri Ann Linde ölkənin NATO-ya üzvlüyü ilə bağlı müraciətini imzalayıb. “Azadsəs.az” xəbər verir ki, bu barədə məlumatı “SVT” telekanalı yayıb. Linde xatırladıb ki, İsveçin NATO-ya üzvlüyü ilə bağlı müraciəti Finlandiyanın müvafiq ərizəsi ilə birgə təqdim olunacaq. XİN başçısı, həmçinin qeyd edib ki, sözügedən sənədin nəzərdən keçirilməsi və ratifikasiya olunmasının bir ilə qədər vaxt tələb edəcəyi gözlənilir. Xatırladaq ki, İsveç hökuməti mayın 16-sı NATO-ya üzv olmaqla bağlı ərizə təqdim edəcəyinə dair qərar qəbul edib. Вернуться назад |