Главная > Dünya / Manset > Raket hücumuna məruz qalan Azərbaycan Konsulluğu fəaliyyətini bərpa edir
Raket hücumuna məruz qalan Azərbaycan Konsulluğu fəaliyyətini bərpa edir16-05-2022, 13:08. Разместил: admin |
Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğu bu gün fəaliyyətini bərpa edəcək. Bunu APA-ya açıqlamasında Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov deyib. Fəxri konsul bildirib ki, Rusiyanın raket atışları zamanı konsulluğun binasına zərər dəymişdi: “Biz konsulluqda bir otağı bərpa etmişik və bu gündən fəaliyyətə başlamağa qərar vermişdik. Yaxın 2 saat ərzində Fəxri Konsulluq Xarkov şəhərində fəaliyyətini bərpa edəcək”. Вернуться назад |