Главная > Dünya / Manset > İlham Əliyev Rize-Artvin hava limanının açılışında çıxış edib

İlham Əliyev Rize-Artvin hava limanının açılışında çıxış edib


14-05-2022, 15:10. Разместил: admin
Azərbaycan Prezidenti İlham Əliyev Rize-Artvin hava limanının açılış mərasimində çıxış edib.

Dövlət başçısı iki ölkə arasındakı əlaqələrin tarixi köklərə söykəndiyini bildirib.

İlham Əliyev Azərbaycanla Türkiyə arasında əlaqələrin müttəfiqlik səviyyəsində yüksəldiyini vurğulayıb.

Azərbaycan Prezidentindən sonra çıxış üçün söz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana verilib.

14:53

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri başlayıb.

Oxu.Az xəbər verir ki, dövlət başçısının təyyarəsi Rize şəhərində yeni inşa olunan Rizə-Artvin Hava Limanına eniş edib.

Azərbaycan lideri İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə Rize-Artvin Hava Limanının açılış mərasimində iştirak edəcək.

Bundan başqa, Azərbaycan və Türkiyə prezidentlərinin görüşü olacaq.












Вернуться назад