Главная > Dünya / Manset > ABŞ Avropaya on mindən çox hərbçi göndərir

ABŞ Avropaya on mindən çox hərbçi göndərir


14-05-2022, 09:00. Разместил: admin
ABŞ yaxın həftələrdə Avropada təxminən 10500 hərbçisini əvəzləyəcək.

Bu barədə cümə günü keçirdiyi brifinqdə Pentaqonun sözçüsü Con Kirbi bildirib.

O qeyd edib ki, yeni qüvvələr Ukraynada döyüşməyəcək.

“Bu, mövcud təhlükəsizlik vəziyyətinə cavab tədbirləri çərçivəsində baş verir. Yeni qüvvələr Ukraynada döyüşmək fikrində deyil”, - sözçü bəyan edib.

Kirbi hərbçilərin mütəmadi əvəzlənməsinin öncədən planlaşdırıldığına da aydınlıq gətirib.
Вернуться назад