Главная > Dünya / Manset > Müharibənin yarımçıq qoyduğu həyatlar: “Hər yer bədən üzvləri ilə dolu idi” – FOTO
Müharibənin yarımçıq qoyduğu həyatlar: “Hər yer bədən üzvləri ilə dolu idi” – FOTO13-05-2022, 23:00. Разместил: admin |
Ukrayna ilə Rusiya arasında 24 fevraldan başlayan müharibə davam edir. Çerniqov şəhərində vətəndaşlar müharibənin dağıntıları arasında yaşayırlar. Şəhər martın əvvəlində hücumlara məruz qalsa da, Rusiya ordusu tərəfindən ələ keçirilə bilməyib. Şəhərin kənarındakı mülki infrastruktur yararsız hala düşüb. Xəstəxanalar, fabriklər, idman mərkəzləri və mülki binaların vurulduğu Çerniqov hücumlardan sonra normal həyata qayıtmağa çalışır. Soyadını açıqlamaq istəməyən Çerniqov şəhər sakini Aleksey hücumlarda çoxlu sayda mülki vətəndaşın öldüyünü bildirib. “Binamızın yanındakı xəstəxana, məktəb, fabrik və aptek vuruldu. Burada çox insan öldü. Hər yer bədən üzvləri ilə dolu idi. Hücumlar martın əvvəlində həyata keçirilib. İnsanlar soyuqda çöldə qalırdılar. Dəhşət yaşayırdıq”, - o deyib. Вернуться назад |