Главная > Dünya > Səudiyyə şirkəti “Apple”i geridə qoydu

Səudiyyə şirkəti “Apple”i geridə qoydu


13-05-2022, 08:38. Разместил: admin
Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco” “Apple”i geridə qoyub və kapitallaşmaya görə dünyada birinci olub.

Neft şirkətinin kapitallaşması 2,43 trilyon dollar, “Apple”inki isə 2,42 trilyon dollar təşkil edib.

2022-ci ilin əvvəlində “Apple”in bazar dəyəri üç trilyon dollar idi ki, bu da “Saudi Aramco”dan təxminən bir trilyon dollar çoxdur. Lakin o vaxtdan bəri korporasiyanın səhmlərinin qiyməti təxminən 20% düşüb, neft şirkətinin səhmlərinin dəyəri isə 28% artıb.
Вернуться назад