Главная > Dünya / Manset > Türkiyə ərazisi atəşə tutuldu: Yaralananlar var

Türkiyə ərazisi atəşə tutuldu: Yaralananlar var


12-05-2022, 22:40. Разместил: admin
Türkiyənin Suriya ilə sərhəd ərazisi atəşə tutulub.

Bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Qaziantep əyalətinin Karkamış rayonundakı Köprübaşı sərhəd məntəqəsinə Suriyanın Eyn əl-Ərəb bölgəsindən minaatanlarla atəş açılıb.

İnsident nəticəsində 4 hərbçi və 1 mülki şəxsin yaralandığı bildirilib.

Nazirlikdən qeyd olunub ki, hadisədən sonra Suriya ərazisində təyin olunan hədəflərə lazımi cavab verilib.
Вернуться назад