Главная > Dünya / Manset > Daha bir ölkənin Kiyevdəki səfirliyi fəaliyyətini bərpa edir

Daha bir ölkənin Kiyevdəki səfirliyi fəaliyyətini bərpa edir


10-05-2022, 16:27. Разместил: admin
Yunanıstanın Ukraynanın paytaxtı Kiyevdəki səfirliyi fəaliyyətini bərpa edir. Səfirlik lazımi kadrlarla təmin olunub.

Bu barədə Yunanıstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı bəyanatda qeyd edilir.

“Səfirlik Odessadakı Baş Konsulluğu ilə birlikdə həmişəki kimi fəaliyyət göstərərək Yunanıstan vətəndaşları, eləcə də Ukraynadakı etnik yunanlar üçün hər cür yardım göstərməyə davam edəcək”, - deyə bildirilib.

Xatırladaq ki, fevralın 25-də Yunanıstan hakimiyyəti respublikanın Kiyevdəki səfirliyinin təxliyəsinə icazə verib.

Qeyd edək ki, son günlər Türkiyə, Belçika da daxil olmaqla bir neçə ölkə öz səfirliyini Kiyevə qaytarıb.
Вернуться назад