Главная > Dünya / Manset > Rusiyanın Ukraynadakı müharibədə itkiləri – Yenilənmiş SİYAHI + FOTO

Rusiyanın Ukraynadakı müharibədə itkiləri – Yenilənmiş SİYAHI + FOTO


9-05-2022, 14:19. Разместил: admin
Ukrayna Müdafiə Nazirliyi davam edən müharibədə Rusiya tərəfinin itkilərinin yenilənmiş siyahısını təqdim edib.

Bu barədə qurumun sosial şəbəkə hesabında paylaşım edilib.

Qeyd olunub ki, döyüşlərin başladığı gündən bu yana Rusiya tərəfinin şəxsi heyəti arasında itkilər 25 650 nəfərə çatıb.

Gedən döyüşlərdə Rusiya ordusunun 1145 tankı, 2764 zirehli döyüş maşını, 513 artilleriya sistemi, 185 reaktiv yaylım atəşi sistemi, 87 HHM sistemi, 199 təyyarəsi, 158 helikopteri, 1 970 avtomobil texnikası, 12 gəmisi, 76 yanacaq-sürtkü materialları çəni, 377 kəşfiyyat PUA-sı, 41 xüsusi texnikası, 94 qanadlı raketi məhv edilib.


Вернуться назад