Главная > Dünya / Manset > ABŞ-ın yeni qırıcısı ən bahalı təyyarə olacaq

ABŞ-ın yeni qırıcısı ən bahalı təyyarə olacaq


9-05-2022, 11:50. Разместил: admin
“Next-Generation Air Dominance” (NGAD) proqramı çərçivəsində ABŞ Hərbi Hava Qüvvələri üçün hazırlanan altıncı nəsil qırıcı indiyədək istehsal edilmiş ən bahalı təyyarə olacaq.

O, “Lockheed Martin F-22”-ni əvəz edəcək.

Proqrama 2010-cu illərin əvvəllərində start verilib. Ötən ilin sentyabr ayında tam miqyaslı prototipin ilk uçuşu baş tutub. F-22-nin NGAD qırıcıları ilə dəyişdirilməsi 2030-cu illərdə başlayacaq. Yeni təyyarənin pilotsuz versiyası da olacaq.

“Popular Mechanics”in rəyinə görə, 77 milyon dollarlıq F-35-lərlə müqayisədə, yeni qırıcının qiyməti 200-300 milyon dollar arasında olacaq.
Вернуться назад