Главная > Dünya / Manset > Tacikistanda sərhəd qoşunları tam döyüş hazırlığına gətirildi - YENİLƏNİB

Tacikistanda sərhəd qoşunları tam döyüş hazırlığına gətirildi - YENİLƏNİB


8-05-2022, 22:00. Разместил: admin
Mayın 7-də Əfqanıstanın Taxar əyalətinin Xoca Qor sərhəddində “Taliban” və İŞİD yaraqlıları arasında baş verən toqquşmadan sonra Tacikistan Milli Təhlükəsizlik Dövlət Komitəsinin sərhəd qoşunları döyüş hazırlığı vəziyyətinə gətirilib.

Bu barədə “Xovar” agentliyi Sərhəd Qoşunlarının mətbuat mərkəzinə istinadən məlumat yayıb.

Məlumata görə, “Taliban”la İŞİD-çilərin döyüşü bir saat yarım davam edib.

Toqquşma zamanı mərmilər təsadüfən Tacikistan ərazisinə düşüb. İnsan tələfatı və maddi zərər olmayıb.

17:14

“Taliban” döyüşçüləri Tacikistanla həmsərhəd olan Farxor bölgəsinə doğru 7 raket atıb.

Bu barədə Tacikistanın güc strukturlarındakı mənbə bildirib.

“Taliban” ümumilikdə yeddi raket atıb. Onlardan dördü Pənc çayına, daha üçü isə yaxınlıqdakı meşə zolağına düşüb”, - mənbə bildirib.

“Tacikistan ərazisində atışma zamanı xəsarət alan olmayıb”, -deyə o, əlavə edib.

Qeyd edək ki, sonradan Əfqanıstanla Tacikistan sərhədi yaxınlığında “Taliban”la İŞİD qüvvələri arasında döyüşlərin getdiyi məlum olub.
Вернуться назад