Главная > Dünya > ABŞ-ın birinci xanımı Ukraynaya səfər edib - FOTO

ABŞ-ın birinci xanımı Ukraynaya səfər edib - FOTO


8-05-2022, 20:43. Разместил: admin
ABŞ-ın birinci xanımı Cil Bayden mayın 8-də Ukraynaya işgüzar səfər edib.

Xanım Baydenin Ukraynanın birinci xanımı Olena Zelenskaya ilə görüşub. Onlar hərbi əməliyyatların davam etdiyi rayonlardan olan miqrantların məskunlaşdırdıqları məktəblərdən birinə baş çəkiblər.

Qeyd edək ki, Cil Baydenin səfəri öncədən elan olunmayaraq gizli saxlanılıb və mediaya qapalı keçib.

Onun hazırda Ukraynanı tərk etdiyi bildirilib.


Вернуться назад