Главная > Dünya / Manset > Azərbaycana məxsus gəmi Avropaya daşımalar həyata keçirəcək
Azərbaycana məxsus gəmi Avropaya daşımalar həyata keçirəcək7-05-2022, 19:22. Разместил: admin |
Fider daşımalar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Şair Vaqif” gəmisi ilə Gürcüstanın Poti və Rumıniyanın Konstanta limanları arasında baş tutacaq. Bu barədə “Report”un sorğusunun cavabında ASCO-nun mətbuat katibi Mehman Mehdiyev deyib. Onun sözlərinə görə, bu gəmi ilə əsas yük kimi Avropa-Çin-Avropa və Avropa-Mərkəzi Asiya-Avropa istiqamətlərindən tranzit yüklərin daşınması nəzərdə tutulub: "Bununla da, adıçəkilən istiqamətlər üzrə Qara dənizdə konteyner xətti ilə yüklərin çatdırılması müddəti azalacaq. Bu da Qara dəniz üzərindən də keçən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun cəlbediciliyini və marşrut üzrə konteyner daşımalarının həcmini artıracaq". Qeyd edək ki, ASCO və “ADY Konteyner” MMC-nin birgə layihəsi əsasında Qara dənizdə müntəzəm fider daşımalara cəlb olunan “Şair Vaqif” quru yük gəmisi eyni vaxtda 225 ədəd 20 futluq konteyner daşımaq gücünə malikdir. Gəminin uzunluğu 140,33 metr, eni 16,5 metrdir. Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılıb, “vahid pəncərə” prinsipi tətbiq olunur. Вернуться назад |