Главная > Dünya / Manset > BMT: “Azovstal” zavodundan və Mariupoldan 500-ə yaxın insan təxliyə edilib - FOTO

BMT: “Azovstal” zavodundan və Mariupoldan 500-ə yaxın insan təxliyə edilib - FOTO


6-05-2022, 16:15. Разместил: admin
Ukraynanın “Azovstal” zavodundan, Mariupoldan və ona bitişik ərazilərdən 500-ə yaxın insan təxliyə edilib.

Bu barədə BMT-nin baş katibi Antonio Quterreş bəyan edib.

“Ümid edirəm ki, Moskva və Kiyevlə davamlı koordinasiya mülki şəxslərin təhlükəsiz keçidini təmin etmək üçün daha çox humanitar fasilələrə gətirib çıxaracaq”, - deyə o, “Twitter” hesabında yazıb.



Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak da Mariupol və “Azovstal”dan təxliyəni təsdiqləyib.

“Biz Mariupol və “Azovstal”dan insanların təxliyəsi üzrə kompleks əməliyyatın növbəti mərhələsini həyata keçirdik. Deyə bilərəm ki, 500-ə yaxın mülki vətəndaşı çıxara bildik”, - deyə o bildirib.
Вернуться назад