Главная > Dünya / Manset > Dünyada suyun dövranı dəyişə bilər
Dünyada suyun dövranı dəyişə bilər4-05-2022, 12:20. Разместил: admin |
Peyk məlumatları göstərir ki, Yerin su dövranında dəyişikliklər baş verir. Bu dəyişikliklər, dünya ölkələrini yağışların artması və quraqlıq ilə təhdid edir. “Scientific Reports” jurnalında dərc edilən araşdırmanın nəticələri göstərir ki, iqlim dəyişikliyi Yerin su dövranını ciddi şəkildə pozur. Yeni peyk məlumatlarına görə, dünya miqyasında şirin sular daha da şirinləşir, duzlu sular isə daha da duzlulaşır. Alimləri qlobal temperaturun yüksəlməsi ilə okeanın səthindən buxarlanmanın artacağını, atmosferin daha rütubətli olacağını proqnozlaşdırırlar. Bu isə öz növbəsində, dünyanın müəyyən bölgələrində yağıntıları artıracaq, bəzi yerlərdə isə əksinə, su ehtiyatları azalacaq və ya sular daha da duzlulaşacaq. Вернуться назад |