Главная > Dünya / Manset > Hindistan şirkəti Rusiyadan gələn kömürdən imtina edir
Hindistan şirkəti Rusiyadan gələn kömürdən imtina edir3-05-2022, 14:23. Разместил: admin |
Hindistanın “Tata Steel” şirkəti Rusiyadan kömür idxalını dayandırmaq qərarına gəlib. Bu qərarın polad şirkətinin Qərbin sanksiyaları altına düşmək istəməməsi ilə bağlı olduğu bildirilir. Hindistan şirkəti ölkədə kəskin kömür defisitinin olmasına baxmayaraq, Rusiya kömüründən imtina barədə qərar qəbul edib. Hindistanda elektrik enerjisi istehsalının təxminən 70 faizi kömürün payına düşür. Ölkədə bu növ yanacağın ehtiyatı ilin bu dövrü ilə müqayisədə orta hesabla iki dəfə azalıb. Buna səbəb isə Hindistanda qeydə alınan rekord istilik dərəcəsi olub. Səlahiyyətlilər artıq ölkə sakinlərinə xəstəxanalar və metrolar da daxil olmaqla mühüm obyektlərdə elektrik enerjisinin kəsintilərlə veriləcəyi ilə bağlı xəbərdarlıq ediblər. “Tata Steel” Ukraynada müharibə əməliyyatları başlayana qədər 617 min ton Rusiya kömürünü idxal edə bilib. Вернуться назад |