Главная > Dünya / Manset > Norveç Rusiyadan gələn mallar üçün sərhədi bağlayıb

Norveç Rusiyadan gələn mallar üçün sərhədi bağlayıb


30-04-2022, 09:18. Разместил: admin
Norveç hökuməti Rusiyadan gələn yüklər üçün sərhədi bağlayıb.

Norveçin xarici işlər naziri Anniken Hyuitfeldt bu barədə NRK telekanalına müsahibəsində bildirib.

“Biz Norveçdə Aİ-nin beşinci sanksiya paketini işə salırıq. Bu o deməkdir ki, biz yük maşınları üçün Sturskuq sərhəd-keçid məntəqəsini dərhal bağlayırıq. Eyni zamanda bir sıra kimyəvi maddələrin idxalına qadağa tətbiq olunacaq”, - deyə Hyuitfeldt qeyd edib.

Onun sözlərinə görə, ərazisində Moskva ilə Oslo arasında xüsusi razılaşmanın mövcud olduğu Svalbard arxipelaqı istisna olacaq. Qadağa rus gəmilərinin Norveç limanlarından istifadəsinə də təsir edəcək, lakin bu, neft daşıyan gəmilərə şamil edilməyəcək.
Вернуться назад