Главная > Dünya / Manset > Mariupolda epidemiya təhlükəsi: Sakinlərin dərhal təxliyyəsinə çağırış edildi

Mariupolda epidemiya təhlükəsi: Sakinlərin dərhal təxliyyəsinə çağırış edildi


29-04-2022, 13:26. Разместил: admin
Mariupol meri Vadim Boyçenko ölümcül epidemiya təhlükəsi ilə əlaqədar bütün şəhər sakinlərini dərhal təxliyə etməyə çağırıb.

Bu barədə Mariupol şəhər şurası özünün “Telegram” kanalında məlumat yayıb.

“Vəba, dizenteriya və bağırsaq çöpü. Təxminən 100 min Mariupol sakini təkcə mərmilərə görə deyil, həm də dözülməz yaşayış və antisanitar şəraitə görə ölüm təhlükəsi ilə üz-üzədir. Artıq havanın temperaturu 20 dərəcəyə çatır. Mərkəzləşdirilmiş su təchizatı və kanalizasiyanın olmaması, minlərlə meyitin dağıntılar altında çürüməsi, içməli su və qida çatışmazlığı səbəbindən tezliklə şəhərdə güclü və ölümcül epidemiyalar başlaya bilər”, - deyə o, məlumatda qeyd edib.

“İşğalçılar mövcud əhalini qida, su və dərmanla təmin edə bilmir. Yaxud sadəcə olaraq bu, onları maraqlandırmır. Onlar bütün təxliyə cəhdlərinin qarşısını alırlar. Bunsuz isə insanlar öləcək. Axı indi dağıdılmış Mariupolda yaşayış şəraiti orta əsrlər dövrünə qayıdıb. Təcili və tam təxliyə lazımdır”, - deyə Boyçenko əlavə edib.
Вернуться назад