Главная > Dünya > Mask: “Növbəti dəfə “Coca-Cola”nı alacam ki, kokaini tərkibinə qaytarım”

Mask: “Növbəti dəfə “Coca-Cola”nı alacam ki, kokaini tərkibinə qaytarım”


29-04-2022, 10:23. Разместил: admin
“Twitter” sosial şəbəkəsini əldə etdikdən sonra iş adamı İlon Mask zarafatla daha bir şirkəti – “Coca-Cola”nı alacağını elan edib.

Bu barədə o, “Twitter” səhifəsində yazıb.

“Növbəti dəfə “Coca-Cola”nı alacam ki, kokaini tərkibinə qaytarım”, - deyə o yazıb.

Bundan əvvəl Mask restoranlarında dondurma aparatlarını düzəltmək üçün “McDonald`s”ı almaq niyyətini açıqlamışdı. Lakin sonra iş adamı hətta özünün belə o maşınları düzəldə bilməyəcəyini deyərək, bu ideyadan vaz keçdiyini söyləyib.
Вернуться назад