Главная > Dünya / Manset > Bundestaq Ukraynaya ağır alman silahlarının tədarükünə razılıq verib
Bundestaq Ukraynaya ağır alman silahlarının tədarükünə razılıq verib29-04-2022, 09:42. Разместил: admin |
Almaniya Parlamentinin Aşağı Palatası (Bundestaq) Ukraynanın maraqları dairəsində ağır silahların tədarükü təşəbbüsünü böyük səs çoxluğu ilə təsdiqləyib. Qanun layihəsində deyilir: “Rusiyanın geniş şəkildə beynəlxalq bazarlardan iqtisadi izolyasiyası və blokadası ilə yanaşı hərbi əməliyyatları dayandırmağın ən mühüm və effektiv vasitəsi güclü silahların və mürəkkəb sistemlərin, o cümlədən ağır silahların tədarükünü intensivləşdirmək və sürətləndirməkdir”. Bundestaqın vitse-prezidenti Volfqanq Kubiçkinin sözlərinə görə, qanun layihəsi həm Almaniyanın hakim koalisiyasının üç partiyası, həm də müxalifət mühafizəkarları tərəfindən dəstəklənib və 586 lehinə, 100 əleyhinə, 7 deputat bitərəf olmaqla qəbul edilib. Вернуться назад |