Главная > Dünya / Manset > Putin Mariupolun müdafiəçilərini əsir götürüb, 9 Mayda paradda nümayiş etdirmək istəyir

Putin Mariupolun müdafiəçilərini əsir götürüb, 9 Mayda paradda nümayiş etdirmək istəyir


28-04-2022, 15:51. Разместил: admin
“Putin Mariupolun müdafiəçilərini əsir götürüb, onları 9 Mayda Qırmızı Meydandakı paradda nümayiş etdirmək istəyir”.

Bu açıqlama ilə tanınmış ukraynalı jurnalist Dmitri Qordon öz “Telegram” kanalında çıxış edib.

“Sizi əmin edirəm ki, o, uğur qazanmayacaq. Onlar heç vaxt sağ halda təslim olmayacaqlar. Hər gün çoxlu sayda rusiyalı əsgər o biri dünyaya göndərilir. “Azov” alayı qəhrəmanlıq möcüzələri yaradır, bütün dünya onlardan danışır. Onların qəhrəmanlığı əsrlər boyu yaşayacaq”, - deyə Dmitri Qordon vurğulayıb.

Ukraynalı jurnalist “Azovstal”dakı son vəziyyəti də şərh edib.

“Putinin hərbi maşını “Azovstal”ı hər gün dayanmadan ağır silahlarla bombalayır. Oradakı qəhrəman uşaqlar çoxlu sayda rusiyalı hərbçiyə qarşı müqavimət göstərirlər. Onlar Donbasa və digər ərazilərə hücumların qarşısını alırlar. Bu uşaqlara sağlığında abidələr ucaldılacaq”, - Dmitri Qordon vurğulayıb.
Вернуться назад