Главная > Dünya / Manset > Müxalifət İrəvanda hərəkəti iflic etdi
Müxalifət İrəvanda hərəkəti iflic etdi26-04-2022, 23:21. Разместил: admin |
Ermənistanda Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə müxalifətin aksiyası davam edir. "Azadsəs.az” erməni mediasına istinadən xəbər verir ki, aksiyaçılar İrəvanın mərkəzi nəqliyyat qovşaqlarından birini - Fransa meydanını yarım saatlıq bağlayıblar. Meydana bitişik bütün küçələrdə hərəkət iflic olub. Müxalifətin yürüşü stansiya meydanından başlayıb, hökumət binası və Baş Prokurorluğun binası yaxınlığında davam edib. Etirazçılar dünən saxlanılmış tərəfdarlarına dəstək üçün oturaq nümayiş keçiriblər. Вернуться назад |