Главная > Dünya > “Red Bull” İtaliyada dubl etdi
“Red Bull” İtaliyada dubl etdi24-04-2022, 20:20. Разместил: admin |
Formula 1 üzrə ənənəvin çempionatın növbəti mərhələsi “Red Bull” komandasının üstünlüyü ilə başa çatıb. İtaliyanın Emilia-Romania şəhərində keçirilən yarışda komandanın üzvləri Formula 1 Qran Prisinin qalibi olub. Maks Ferstappen (Niderland) yarışı birinci, Serxio Peres (Meksika) isə ikinci pillədə başa vurub. İlk üçlüyü “McLaren”in britaniyalı pilotu Lando Norris qapayıb. Qeyd edək ki, dördüncü mərhələdən sonra bugünki yarışda altıncı olan “Ferrari”nin pilotu Şarl Lekler xalların sayına görə hamını qabaqlayır. Mühəndislər Kubokunda da onun komandası ilk pillədə qərarlaşıb. Məlumat üçün bildirək ki, çempionatın beşinci mərhələsi - Mayami Qran Prisi mayın 6-dan 8-dək baş tutacaq. Вернуться назад |