Главная > Dünya > Türkiyə XİN-dən Baydenə QINAMA MESAJI

Türkiyə XİN-dən Baydenə QINAMA MESAJI


24-04-2022, 18:51. Разместил: admin
Türkiyə Xarici İşlər Nazirliyi ABŞ prezidenti Co Baydenin 1915-ci il hadisələri ilə bağlı açıqlamasına reaksiya verib.

“Təəssüf doğuran bəyanatı rədd edir və tarixi yanlışlıqda israr edənləri qınayırıq”, -deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, ABŞ prezidenti Co Bayden 1915-ci il hadisələrini şərh edərkən bir daha “soyqırım” ifadəsini işlədib. Buna cavab olaraq, Türkiyə XİN tarixi faktlara və beynəlxalq hüquqa uyğun gəlməyən bəyanatların etibarlı olmadığını qeyd edib.
Вернуться назад