Главная > Dünya > Rusiyanın ABŞ-dakı konsulluqlarının bank hesabları bağlanıb

Rusiyanın ABŞ-dakı konsulluqlarının bank hesabları bağlanıb


24-04-2022, 18:21. Разместил: admin
Rusiyanın Ukraynaya müdaxiləsi və Qərbin sanksiyalarının tətbiqindən sonra Rusiyanın ABŞ-dakı konsulluqlarının “Bank of America”dakı özəl hesabları bağlanıb.

Bu barədə Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov “Rossiya 1” telekanalına verdiyi açıqlamada məlumat verib.

“Əslində səfirlik ABŞ dövlət qurumları tərəfindən blokadadadır, Hyuston və Nyu Yorkdakı iki baş konsulluğumuzun hesabları “Bank of America” tərəfindən bağlanıb”, - deyə diplomat deyib.

Onun sözlərinə görə, hələ də ABŞ-da olan Rusiya Federasiyasının nümayəndələri telefonla və ya yazılı qaydada təhdidlər alırlar.
Вернуться назад