Главная > Dünya > Yaponiya və ABŞ payızda Hokkaydo adasında təlimlər keçirəcək

Yaponiya və ABŞ payızda Hokkaydo adasında təlimlər keçirəcək


24-04-2022, 15:23. Разместил: admin
Yaponiya Quru Özünümüdafiə Qüvvələri və ABŞ Dəniz Piyadaları Yaponiyanın şimalındakı Hokkaydo adasında sentyabr-oktyabr aylarında iki həftə ərzində birgə təlimlər keçirəcək.

Təlimlərə 4000-dən çox hərbçi cəlb olunacaq. Təlimlərin məqsədi Rusiyanın Ukraynada hərbi əməliyyatı və Çinin hərbi güclənməsi nəzərə alınmaqla Yaponiya və ABŞ-ın Şərqi Asiyada yaranan təhlükələrə cavab vermək qabiliyyətini artırmaqdır.

Yaponiya və ABŞ-ın Hokkaydodakı əvvəlki təlimləri 2021-ci ilin dekabrında keçirilib.
Вернуться назад