Главная > Dünya > Zaporojyedə təyyarə qəzaya düşdü

Zaporojyedə təyyarə qəzaya düşdü


22-04-2022, 13:47. Разместил: admin
Ukraynanın Zaporojye vilayətində “An-26” tipli hərbi-nəqliyyat təyyarəsi qəzaya düşüb.

“Azadsəs.az” xəbər verir ki, bu barədə məlumatı “Unian” yayıb.

Hadisə vilayətin Volnyansk rayonunda baş verib. Təyyarənin texniki uçuş həyata keçirdiyi bildirilir.

İnsident nəticəsində xəsarət alanların olduğu qeyd olunub. Hazırda hadisənin detalları araşdırılır.
Вернуться назад