Главная > Dünya > Almaniya Ukraynaya kömək edən Şərqi Avropa ölkələrini tanklarla təmin etmək qərarına gəlib

Almaniya Ukraynaya kömək edən Şərqi Avropa ölkələrini tanklarla təmin etmək qərarına gəlib


21-04-2022, 10:46. Разместил: admin
Almaniya hökuməti Ukraynaya birbaşa silah tədarükü əvəzinə Kiyevə Sovet İttifaqı dövrü texnikasını göndərməyə hazır olduqlarını bildirən Şərqi Avropa ölkələrinə müasir tanklar tədarük etməyi planlaşdırır. Bu barədə aprelin 20-də “Bloomberg” Almaniya hökumətindəki adı açıqlanmayan mənbəyə istinadən xəbər verib.

Agentliyin məlumatına görə, ukraynalı hərbçilər sovet istehsalı olan avadanlıqların idarə edilməsinə yaxşı bələddirlər.

Üstəlik, NATO-nun Şərqi Avropadakı məhz hansı müttəfiqlərinin Kiyevə müvafiq silahlar göndərəcəyi ilə bağlı danışıqların hələ də davam etdiyi qeyd edilir.
Вернуться назад