Главная > Dünya > Litvada “Georgi lenti” ilə əlaqədar qanun qəbul edildi
Litvada “Georgi lenti” ilə əlaqədar qanun qəbul edildi20-04-2022, 14:10. Разместил: admin |
Litvada “Georgi lenti”nin, həmçinin “Z” və “V” işarələrinin ictimai nümayişi qadağan edilib. Bununla əlaqədar olaraq Litva parlamentində inzibati xətalar və kütləvi yığıncaqlar haqqında qanuna dəyişiklik edilib. Yuxarıda qeyd olunan simvolların nümayişinə görə 300-700 avro (500 – 1 200 manat), hüquqi şəxslər üçün isə 1,2 min avroya(2 190 manat) qədər cərimə tətbiq edilməsi nəzərdə tutulur. Вернуться назад |