Главная > Dünya > Yeni Zelandiya Rusiya banklarına sanksiya tətbiq etdi
Yeni Zelandiya Rusiya banklarına sanksiya tətbiq etdi19-04-2022, 12:48. Разместил: admin |
Yeni Zelandiya Rusiyanın nəhəng bank və maliyyə qurumlarına qarşı sanksiyalar tətbiq edib. “Azadsəs.az” “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin xarici işlər naziri Nanaiya Maxuta açıqlayıb. Onun sözlərinə görə, Yeni Zelandiya Rusiyanın Mərkəzi Bankı və Milli Rifah Fondu da daxil olmaqla ölkənin 18 maliyyə qurumuna qarşı sanksiyalar tətbiq edib. Bildirilir ki, Rusiya banklarına sanksiyaların tətbiq edilməsinə səbəb hazırda Ukraynada davam edən müharibədir. Вернуться назад |