Главная > Dünya / Manset > “Rusiya uzun müddətdir hazırlaşdığı döyüşə başlayıb” - Zelenski

“Rusiya uzun müddətdir hazırlaşdığı döyüşə başlayıb” - Zelenski


19-04-2022, 09:40. Разместил: admin
Rusiya Ukraynanın şərqinə nəzarəti ələ keçirmək üçün çoxdan qorxduğu genişmiqyaslı hücuma başlayıb.

“Azadsəs.az” xəbər verir ki, bu haqda Ukrayna prezidenti Volodimir Zelenski bildirib.

“İndi biz artıq deyə bilərik ki, Rusiya qoşunları uzun müddətdir hazırlaşdıqları Donbas uğrunda döyüşə başlayıblar”, - deyə o videomüraciətində qeyd edib.

“Ora nə qədər rus qoşunu gətirilsə də, biz döyüşəcəyik, biz özümüzü müdafiə edəcəyik. Biz bunu hər gün edəcəyik”, - deyə Zelenski and içib.
Вернуться назад