Главная > Dünya > NATO dünyanın ən böyük kiber təliminə başlayır

NATO dünyanın ən böyük kiber təliminə başlayır


19-04-2022, 09:16. Разместил: admin
NATO dünyanın ən böyük və ən mürəkkəb canlı beynəlxalq kiber təliminə başlayır.

“Azadsəs.az” xarici KİV-ə istinadən xəbər verir ki, 19-22 aprel tarixlərində Estoniyanın paytaxtı Tallin şəhərində NATO-nun Birgə Kiber Müdafiə Mükəmməllik Mərkəzi tərəfindən illik "Bağlı Qalxanlar" təlimi təşkil olunacaq.

Təlimdə NATO müttəfiqləri və NATO tərəfdaş ölkələrindən kibertəhlükəsizlik və İT ekspertləri iştirak edəcək.

Builki təlimə ukraynalı ekspertlər də qatılacaq.
Вернуться назад