Главная > Dünya / Manset > Lukaşenkonun şəxsi həkimi rüşvətə görə saxlanılıb

Lukaşenkonun şəxsi həkimi rüşvətə görə saxlanılıb


18-04-2022, 18:48. Разместил: admin
Belarus Prezidenti Aleksandr Lukaşenkonın şəxsi həkimi və daha 35 həkim rüşvətə görə saxlanılıb.

“Azadsəs.az” “Strana”ya istinadən xəbər verir ki, bu barədə Lukaşenko ölkənin səhiyyə naziri Dmitri Pineviç ilə görüşdə danışıb.

Lukaşenko Pineçivə saxlanılan şəxslərin taleyi barədə qərar vermək üçün istintaq təcridxanasına baş çəkməyi tapşırıb.

Onun sözlərinə görə, həmin şəxslərlə bağlı hansı qərarın verilməsini müəyyən etmək lazımdır.
Вернуться назад