Главная > Dünya > “Rusiya ilə 10 il mübarizə apara bilərik” - Zelenski

“Rusiya ilə 10 il mübarizə apara bilərik” - Zelenski


17-04-2022, 22:39. Разместил: admin
“Kiyev Moskva ilə dialoqu müzakirə etməyə hazırdır, lakin Kremlin ultimatum şərtləri ilə belə bir söhbət mümkün deyil”.

“Azadsəs.az” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski CNN-ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, belə bir dialoq nə qədər tez başlasa, bir o qədər az adam öləcək, lakin o, başqa variantı da istisna etməyib:

“Biz Rusiya Federasiyası ilə 10 il mübarizə apara bilərik. Rusiyanın ukraynalılara hücumları müharibəni dayandırmaq üçün Rusiya Federasiyası ilə diplomatik dialoqu çətinləşdirir”.
Вернуться назад