Главная > Dünya / Manset > Litva parlamenti: “9 may Ukraynada soyqırımı qurbanlarının anım günü elan edilsin”
Litva parlamenti: “9 may Ukraynada soyqırımı qurbanlarının anım günü elan edilsin”16-04-2022, 19:00. Разместил: admin |
16 litvalı parlamentari 9 may tarixinin Litvada təkcə Avropa Günü deyil, həm də Ukraynada soyqırımı qurbanlarının anım günü kimi qeyd olunmasını təklif edib. Sözügedən deputatlar arasında həm iqtidar, həm də müxalifət partiyalarının təmsilçiləri olub. “Bu gün bütün dünya Sovet İttifaqının reinkarnasiyası olan Putin Rusiyasının Ukraynada törətdiyi soyqırımına üzülür. Beləliklə, bu gün ukraynalıların o zaman və indi yaşadıqları faciələri - Sovet İttifaqı tərəfindən təşkil edilən Qolodomor, kütləvi qırğınlar, deportasiyalar və bu gün yenə də Rusiya hərbçiləri tərəfindən törədilən müharibə cinayətlərini birləşdirəcək”. Həmçinin analoji qərar Latviya parlamenti tərəfindən də qəbul edib və mayın 9-u Ukraynada müharibə qurbanlarının xatirəsini anım günü elan edilib. Вернуться назад |