Главная > Dünya > Kiyevdə “Moskva ilə dostluq” meydanının adı dəyişdirildi

Kiyevdə “Moskva ilə dostluq” meydanının adı dəyişdirildi


15-04-2022, 20:49. Разместил: admin
Ukrayna paytaxtının Şəhər Şurası tərəfindən “Kiyev və Moskva dostluğu” meydanının adı dəyişdirilərək “Mariupol qəhrəmanları” adlandırılıb.

“Azadsəs.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Kiyevin meri Vitali Kliçko məlumat verib.

“Bu gün mən Kiyev və Moskva arasındakı keçmiş dostluq meydanının “Mariupol qəhrəmanları” meydanı adlandırılması haqqında qərar layihəsi təqdim etdim. Və deputatlar belə bir təşəbbüsü dəstəklədilər”, - deyə o bildirib.

V. Kliçko şəhərlər arasında dostluq abidəsinin 2021-ci ildə söküldüyünü xatırladıb və bildirib ki, Kiyevdə, onun fikrincə, adlarının dəyişdirilməsinə ehtiyac olan onlarla küçə və obyekt var.

Qeyd edək ki, bundan əvvəl Ujqorodun Şəhər Şurası adları Rusiya xadimləri ilə bağlı olan 58 küçənin adını dəyişmək niyyətində olduğunu açıqlamışdı.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Ukrayna hakimiyyəti uzun illərdir ki, aqressiv anti-ruslaşdırma və məcburi assimilyasiya siyasəti aparır. O, qeyd edib ki, Rusiya Ukraynanı rus dilinə və rus mədəniyyətinə qadağa qoymadan dost kimi görmək istəyir.
Вернуться назад