Главная > Dünya / Manset > Ukraynada növbəti dəfə əsirlərin mübadiləsi oldu

Ukraynada növbəti dəfə əsirlərin mübadiləsi oldu


14-04-2022, 21:18. Разместил: admin
Bu gün Ukraynada dördüncü əsir mübadiləsi baş tutub.

“Azadsəs.az” xəbər verir ki, bu barədə müvəqqəti işğal olunmuş ərazilər üzrə nazir İrina Vereşçuk Teleqram kanalında məlumat verib. O bildirib ki, 30 ukraynalı dəyişdirilib. Onların arasında həm hərbçilər, həm də mülki şəxslər var.

“Prezident Zelenskinin əmri ilə bu gün daha bir əsirlərin mübadiləsi prosesi baş tutdu. 5 zabit və 17 hərbi qulluqçu dəyişdirildi. 1-i qadın olmaqla 8 mülki şəxs də azad edildi”, - deyə Vereşçuk yazıb.


Вернуться назад