Главная > Dünya > Ərdoğan tezliklə Putinlə danışmaq istəyir

Ərdoğan tezliklə Putinlə danışmaq istəyir


14-04-2022, 16:20. Разместил: admin
“Türkiyə Rusiya və Ukrayna Prezidentləri arasında görüşün təşkili üçün səy göstərir”.

“Azadsəs.az” “TASS”a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “NTV” telekanalının canlı efirində deyib.

“Belə bir görüşün keçirilməsi Rusiya Prezidenti Vladimir Putinin görüşə razılığından asılıdır”, - deyə Türkiyənin XİN rəhbəri söyləyib.

Onun sözlərinə görə, Türkiyə Rusiya və Ukrayna arasında davam edən danışıqları kifayət qədər optimizm və ya pessimizm olmadan qiymətləndirir.

Çavuşoğlu, həmçinin qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın zamanlarda rusiyalı həmkarı Putinlə telefonla danışmağa ümid edir.
Вернуться назад