Главная > Dünya > Rusiyanın Nüvə Enerjisi Agentliyinə üzvlüyü dayandırılacaq

Rusiyanın Nüvə Enerjisi Agentliyinə üzvlüyü dayandırılacaq


14-04-2022, 10:39. Разместил: admin
Rusiyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OEC) Nüvə Enerjisi Agentliyinə üzvlüyü dayandırılıb.

“Azadsəs.az” xəbər verir ki, bu barədə agentliyin yaydığı məlumatda deyilir. Bildirilir ki, Rusiyanın agentliyə üzvlüyü rəhbərliyin qərarından sonra dayandırılıb. Qərar mayın 11-dən qüvvəyə minəcək.

"Rusiyanın İƏİT Nüvə Enerjisi Agentliyinə üzvlüyü OECD-nin rəhbər orqanının qərarından sonra aprelin 11-də dayandırılıb. Bu barədə Rusiya Federasiyası məlumatlandırılıb və dayandırma mayın 11-dən qüvvəyə minəcək", - agentliyin saytında deyilir.

Qeyd edək ki, Rusiya agentliyə 2013-cü ildə üzv olub.


Вернуться назад