Главная > Dünya > Serbiya da “Bayraktar”la silahlanır

Serbiya da “Bayraktar”la silahlanır


10-04-2022, 22:51. Разместил: admin
Serbiya yaxın vaxtlarda Türkiyədən “Bayraktar” pilotsuz uçuş aparatı alacaq.

“Azadsəs.az” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.

A.Vuçiç “Bayraktar” pilotsuz uçuş aparatı ilə bağlı tələbi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana bildirdiyini qeyd edib.

“Serbiya tədarükdə prioritet olmaqla, “Bayraktar” əldə etmək imkanı qazanacaq. Biz bu silahları Serbiya ordusunun inventarına daxil edəcəyik”, - deyə o bildirib.
Вернуться назад