Главная > Dünya / Manset > Pakistan yeni ballistik raketini sınaqdan keçirdi

Pakistan yeni ballistik raketini sınaqdan keçirdi


10-04-2022, 20:21. Разместил: admin
Pakistanda “yer-yer” sinfinə daxil olan “Şahin-3” uzaq mənzilli ballistik raketi uğurla sınaqdan çıxarılıb.

“Azadsəs.az” xarici KİV-ə istinadən xəbər verir ki, nüvə başlığı daşımağa qadir olan yeni ballistik raket 2750 kilometr məsafədəki hədəfə zərbə vura bilir.

Bu sinifdən olan ilk raketin sınağı 2015-ci ildə baş tutmuşdu.

Bundan əvvəl Pakistanda “Babur” (uçuş məsafəsi 490 kilometr), “Şahin -1” (650 km), Ghauri (1300 km), və “Şahin-2” (1500 km) raketləri də uğurla sınaqdan çıxarılıb.
Вернуться назад