Главная > Dünya / Manset > Hulusi Akar: “Qara dənizə minaların qəsdən atılmasından şübhələnirik” – YENİLƏNİB

Hulusi Akar: “Qara dənizə minaların qəsdən atılmasından şübhələnirik” – YENİLƏNİB


10-04-2022, 18:27. Разместил: admin
Türkiyənin milli müdafiə naziri Hulusi Akar bəyan edib ki, Qaraz dəniz ərazisinə minaların qəsdən atılması ilə bağlı şübhələrə malikdirlər.

“Ola bilsin ki, bu, NATO-nun minaaxtaran gəmilərini Qara dənizə buraxmağımız üçün bizə təzyiq etmək planının bir hissəsi kimi həyata keçirilib”, - deyə Türkiyənin milli müdafiə naziri bildirib.

H. Akar bir daha əlavə edib ki, Türkiyə Montrö Konvensiyasına sadiq qalacaq və Qara dənizə hərbi gəmilərin daxil olmasına icazə verməyəcək.

16:32

“Türkiyə 1936-cı ildə qəbul edilmiş Montrö Konvensiyasına sadiq qalacaq və Qara dənizə hərbi gəmilərin daxil olmasına icazə verməyəcək”.

Bu açıqlama ilə Türkiyənin milli müdafiə naziri Hulusi Akar çıxış edib.

Öz növbəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu artıq bəyan edib ki, Ankara Konvensiyaya uyğun olaraq Bosfor və Çanaqqala boğazlarını Rusiya və Ukraynanın hərbi gəmiləri üçün bağlayacaq.

Qeyd edək ki, Montrö Konvensiyasına 19-cu maddəsində deyilir ki, hərbi əməliyyatlar zamanı döyüşən tərəflər hərbi gəmilərini boğazlardan keçə bilməz (bir şərtlə ki, Türkiyə münaqişə tərəfi deyil).

Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri bildirib ki, Ankara buna ciddi əməl edəcək.
Вернуться назад