Главная > Dünya > “Bu, Kiyevin rusların soyqırımını dayandırmaq istəməməsinin nəticəsidir”
“Bu, Kiyevin rusların soyqırımını dayandırmaq istəməməsinin nəticəsidir”9-04-2022, 11:17. Разместил: admin |
“Kiyev rejiminin beynəlxalq razılaşmalar üzrə öhdəliklərini yerinə yetirməklə rusların soyqırımına son qoymaq istəməməsi Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatına gətirib çıxardı”. “Azadsəs.az” xəbər verir ki, bu barədə Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov “Newsweek” nəşrinə müsahibəsində bildirib. “Ukraynada xüsusi əməliyyat Kiyev rejiminin beynəlxalq razılaşmalar üzrə öhdəliklərini yerinə yetirməklə rusların soyqırımını dayandırmaq istəməməsinin nəticəsidir”, - deyə o əlavə edib. Antonov əlavə edib ki, Rusiya Ukraynada mülki şəxslərin ölməməsi üçün əlindən gələni edir: “Rusiya Federasiyası mülki əhalinin həyat və təhlükəsizliyini qorumaq üçün lazımi tədbirlər görür. Biz kritik infrastruktur müəssisələrinin normal fəaliyyətini, qanunu, asayişi və insanların təhlükəsizliyini təmin etmək üçün hər şey edirik. Zərbələr yalnız hərbi hədəflərə və son dərəcə yüksək dəqiqlikli silahlara endirilir”. Вернуться назад |