Главная > Dünya / Manset > Rusiyalı paraşütçülər döyüşməkdən imtina edərək bazalarına qayıdıblar

Rusiyalı paraşütçülər döyüşməkdən imtina edərək bazalarına qayıdıblar


7-04-2022, 21:20. Разместил: admin
Ukraynada döyüşmək üçün Belarusa göndərilən 60-a yaxın rusiyalı paraşütçü etiraz edərək döyüşməkdən imtina edib.

“Azadsəs.az” xarici mediaya istinadən xəbər verir ki, Rusiyanın şimalındakı əsas hava qüvvələri qərargahı olan Pskovdan olan əsgərlər döyüşməkdən imtina etdikdən sonra öz bazalarına qayıdıblar.
Məlumata görə, Rusiya müdafiə naziri Sergey Şoyqu etirazı araşdırmaq üçün köməkçilərindən birini Pskova göndərib və əsgərləri həbs cəzası gözləyir.

Bölmələrinə qayıdan əsgərlərə “qorxaq” damğası vurulub, bəzilərinin isə qovulduğu bildirilir.
Вернуться назад