Главная > Dünya > Rusiya Odessa yaxınlığında neft emalı zavodunu məhv etdiyini açıqladı
Rusiya Odessa yaxınlığında neft emalı zavodunu məhv etdiyini açıqladı3-04-2022, 18:53. Разместил: admin |
Rusiya Silahlı Qüvvələri Odessa yaxınlığında neft emalı zavodunu və üç yanacaq-sürtkü anbarını yüksək dəqiqliyə malik dəniz və hava bazalı raketlərlə məhv edib. “Azadsəs.az” TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib. “Bu gün səhər saatlarında yüksək dəqiqlikli dəniz və hava bazalı raketlər Odessa şəhəri yaxınlığında neft emalı zavodunu və yanacaq-sürtkü materialları üçün üç anbarı məhv edib, oradan Nikolayev istiqamətində hərbçilərin bir qrupuna yanacaq tədarük edilib”, - Konaşenkov qeyd edib. Вернуться назад |